...
Show More
4,5
Oxuyarkən çox zövq aldım. Artıq Erasmus'u tanıdığıma və onun satirik dillə qələmə aldığı bu kitabı oxuduğuma çox sevinirəm.
Kitabda Erasmus özünü "axmaqlıq" olaraq tanıdır və özünə "təriflər" yağdırır. Axmaqlığın əslində həyatı xoşbəxt və hüzurlu yaşamaq üçün yeganə vasitə olduğunu və biliyin insana bədbəxtlik gətirdiyindən, onu hər şeyi sorğulamağa sürüklədiyindən və bu səbəbdən də ömrünü daha da qısaldaraq şanssızıq içində başa vurmasını tez-tez xatırladır.
Yazar bir çox peşə sahiblərinin, dövlət adamlarının, papaların və digər din xadimlərinin, həmçinin avam xalq dediyi insanların əməllərini sayır və onların axmaqlıqdan necə istifadə etdiyini və bunun onlara necə sərf etdiyini qeyd edir. Kitabın sonu xüsusilə maraqlı idi, çünki fanatikcəsinə dinə bağlı olan insanların özlərini dünyəvi olan hər şeydən məhrum etməklə sonsuz səadətə çatacaqlarına inanmaqlarını və bu üzdən gözlərinin önündə olan heç bir şeyi görmədiklərini, daha doğrusu görmək istəmədiklərini vurğulayır.
Kitabda bir-iki yerdə tam qatılmadığım düşüncəsi də oldu yazarın. Özəlliklə, qadınlar barəsində dedikləri(ola bilsin onun sözlərini yanlış da anlayım, çünki satirik dillə danışarkən, ciddimi yoxsa kinayə iləmi dediyindən hələ də əmin deyiləm bu sözləri) və hüquqçuları fırıldaqçı kimi qələmə verdiyi hissə(içlərində elələri var düzdü, amma işini vicdanla yerinə yetirməyə çalışanlar və ciddiyə alanlar da var, bu fikri hədsiz ümumiləşdirilmiş kimi gəldi sadəcə).
Qısacası, bu əsərlər mütləq tanış olmalısız