...
Show More
Bu kitab sayəsində Yunanıstan barədə bir xeyli məlumat topladım. Müharibə faktoru kitabın ən önəmli müsbət cəhəti idi. Roman boyu Kefaloniya adlı kiçik adanın əhalisinin müharibədən nə qədər təsirləndiyinin şahidi oluruq. Bu adanı çox sevdim. Bir-birinə təzad insanlarını da. Bu gözəl, kiçik yunan adasının başına gələnlərə mən də kədərləndim. Çünki roman ağır hadisələr və insan dramları ilə dolu idi. Fikrimcə İannis həkim çox parlaq personaj kimi alınıb. Həm də romanda maraqlı yan personajlar vardı. Ümumiyyətlə, məncə, bu hekayənin ən gözəl tərəfi odur ki, onun ağırlığını hiss edib, baş qəhrəmanın ötürdüyü zamanın nə qədər kədərli olduğunun şahidi olasan. Hiss edirsən ki, həyat onun içindən keçib, onun üçün nə qədər əzablı bir boşluq, yarımçıqlıq qoyub... Pelagiyanın dediyi bir ifadə onu hərtərəfli izah edirdi: “Mən yarımçıq bir şeir kimiyəm”...
Mənfi cəhətlərinə gəldikdə, bəzən uzunçuluğa rast gəlirdim, bəzən mənə görə artıq detallar vardı amma ümumi abu-hava yaxşı idi. Sevgi hekayəsinin məni sıxacağını düşünürdüm başlayanda, amma düzünü desəm bütün bunların arasında sevgi xətti heç məni narahat etmədi də. Amma Korellinin sondakı hərəkətinə əməlli əsəbləşdim...Nəysə, spoylersiz.